BAKI, 5 sentyabr. TELEQRAF
"Azərbaycanfilm" kinostudiyasında quruluşçu operatoru, Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərib.
"Qayınana", "Qatır Məmməd", "Təkcə adanı özünlə apara bilməzsən...", "Musiqili xaş", "Cin mikrorayonda" və başqa filmlərin operatoru olub.