BAKI, 1 avqust. TELEQRAF
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasimi avqustun 2-də saat 11:00-da baş tutacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.