BAKI, 20 iyul. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

"Nəriman Həsənzadənin reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir", - deyə məlumatda qeyd edilib.