BAKI, 2 iyul. TELEQRAF
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
"Xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kompleks müalicəsi davam etdirilir",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.