BAKI, 30 mart. TELEQRAF

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin nəşi Azərbaycana gətirilib.

Teleqraf xəbər verir ki, Xalq artistinin cənazəsini Türkiyədən gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Cənazəni mərhum aktyorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Qeyd edək ki, görkəmli kino aktyoru, Prezidentin fərdi təqaüdçüsü Rasim Balayev martın 29-da müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Onunla vida mərasimi bu gün saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Xalq artisti l Fəxri xiyabanda dəfn ediləcək.