BAKI, 9 fevral. TELEQRAF
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov bu gün xəstəxanadan evə buraxılacaq.
Bu haqda Teleqraf-a Xalq artistinin özü məlumat verib.
"Bu gün xəstəxanadan çıxacağam. Özümü yaxşı hiss edirəm. Ev şəraitində müalicəm davam edəcək", - kinoresjissor əlavə edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilib.