BAKI, 9 noyabr. TELEQRAF

"Həyat yoldaşımın səhhəti yaxşıdır. Bakı Sağlamlıq Mərkəzində müalicəsi davam edir. Həkimlərə təşəkkür edirəm".

Bunu Teleqraf-a Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva dirijorun səhhətindən danışarkən deyib.

Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.