BAKI, 16 oktyabr. TELEQRAF

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Rəşad Bəxtiyarov 47 yaşında vəfat edib.

Bu haqda Teleqraf-a Əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, aktyor uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Rəşad Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olub. Tələbəlik dövründə Milli Dram Teatrın tamaşalarında kütləvi səhnələrində rol alıb. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstərib.

Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində Şəmsi bəy ("Eşq və intiqam"), Müxbir ("Kəllə"), Kinto, Qarson və Rəssam ("Brüsseldən məktublar"), Silvestr ("Skapenin kələkləri"), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş"), Toğrul ("Yaşar") kimi onlarla obrazlar yaradıb.

Onu geniş tamaşaçı kütləsi "Bir ailəm", "Ata ocağı" seriallarında yaratdığı obrazlarla tanıyıb, sevib.