BAKI, 2 iyun. TELEQRAF
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı iyunun 3-də tarix Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.
Nazirlikdən Teleqraf-a bildirilib ki, bu mübasibətlə Azərbaycandan və Müstəqil Dövlət Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.