BAKI, 2 iyun. TELEQRAF
“Xəstəxanadan evə buraxıldım. Müalicəm ev şəraitində davam edir. Səhhətim normaldır. Ürəklə bağlı müalicəm tam bitib, ağciyərlə bağlı analizlərin cavabını gözləyirəm”.
Bunu Teleqraf-a açıqlamasında 73 yaşlı Əməkdar artist Vahid Əliyev deyib.
Qeyd edək ki, Vahid Əliyev bir aydan çox idi özəl xəstəxanaların birinə yerləşdirilmişdi.