​BAKI, 16 may. TELEQRAF

15 may 2025-ci il tarixində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.

Teleqraf xəbər verir ki, tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzidir.

Görüşdə 200-ə yaxın müəllim iştirak edib, peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə edilib. Görüşdı auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Bakı şəhəri ilə yanaşı regionlarda da bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.