Xalq artisti Flora Kərimova sosial media hesabında iki yaşlı nəvəsi Lorenin videosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova nəvəsini ad günü münasibətilə təbrik edib: “Yaradanıma təzimim var, bəxşişinə şükürüm. Tanrı bütün balaları qorusun, mənim də balam onların sırasında. Ad günün mübarək, gözümün nuru. Yaradan səni daim hifz eyləsin. Öpürəm səni, Lorenim”.
Qeyd edək ki, Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva ikinci dəfə ailə qurub. O, Londonda yaşayır.