Tanınmış rusiyalı müğənni İrina Dubsovanın Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.

Teleqraf.com xəbər verir ki, buna səbəb ifaçının səhhətində yaranan problemlər olub.

İfaçı Bakıya gəlməyə hazırlaşarkən hava limanında huşunu itirib. Bir müddət xəstəxanada müayinə olunacaq müğənni pərəstişkarlarında üzr istəyib.

Dubsova sosial şəbəkədə bildirib ki, konsert fevralın 13-də baş tutacaq:

“Çoxdandır gözlədiyim Bakı... Səhhətimlə bağlı sizin yanınıza gələ bilmədim. Özünüzü və yaxınlarınızı qoruyun. Konsertin təxirə düşməsinə görə sizdən üzr istəyirəm. Biletləri geri qaytarmayın. Komandam hazırda Bakıdadır. Konsert mənim ad günüm və Sevgililər günü ərəfəsində olacaq. Fevralın 13-də sizin görüşünüzə gələcəyəm".

Rüstəm