Rəssam-modelyer Elnarə Bəkirova atası Kamran Bəkirovun qətlə yetirilməsində ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinin başlaması haqda paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Elnarə Bəkirova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Ruhun şad olsun, mənim dünyam, rahat yat cənnətində, qisasın alındı. Artıq sən istədiyin kimi olacağam, arzularını reallaşdıracağam. Çünki sənə olan övladlıq borcumu ödədim. İlk dəfədir sənin yoxluğundan sonra qəlbimə az da olsa rahatlıq gəldi, mavi gözlü atam!"
Qeyd edək ki, qətl hadisəsi aprelin 6-da Sabunçu rayonunda baş verib. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.