Dünya şöhrətli müğənni Britni Spirs idman müəllimi Sem Əsgəri ilə Los-Ancelesdə toyu zamanı keçmiş həyat yoldaşı nikah mərasiminə hücum edib.

Teleqraf.com xəbər verir ki, Britni Spirsin 55 saat evli qaldığı Ceyson Aleksandr toya dəvət edildiyini bildirərək mərasimə qatılmağı bacarıb.

O, dərhal polis tərəfindən saxlanılıb.

Ceyson ifadəsində "O, mənim ilk həyat yoldaşımdır. Toy mərasimini dayandırmaq üçün gəldim",- deyə vurğulayıb

Qeyd edək ki, Britni Spirs uşaqlıq dostu Ceyson Aleksandr ilə 2004-cü ildə evlənmişdi.