BAKI, 17 avqust. TELEQRAF
“Ermənistan KTMT və ya bir nöqtədən asılı olmaq niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Artur Ovannisyan KTMT baş katibi Talatbek Masadıkovun İrəvanın təşkilatda səsvermə hüququndan məhrum edilə və bundan sonra təşkilatdan çıxarıla biləcəyi barədə açıqlamasını şərh edərkən deyib.
Ovannisyan bildirib ki, KTMT Ermənistan qarşısındakı öhdəliklərini niyə yerinə yetirmədiyi sualına cavab verməlidir:
“Digər yandan, Ermənistan öz səyləri ilə milli müdafiə sənayesini yaratmaq, müxtəlif ölkələrlə müxtəlif strateji tərəfdaşlıq sazişlərinə malik olmaqla öz təhlükəsizliyini təmin etmək və hərbi-müdafiə imkanlarını inkişaf etdirmək üçün hər şeyi edir. Biz Ermənistanı həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan çoxvektorlu münasibətlərə malik bir ölkə kimi təsəvvür edirik. Yəni yenidən bir nöqtədən asılı olmaq deyil, müxtəlif asılılıqlara malik olmaq”.