Türkiyədə xəstəxanaların birində reanimasiyaya yerləşdirilən müğənni Nərmin Kərimbəyovanın səhhətindəki son vəziyyət haqda məlumat verilib.

Ailəyə yaxın mənbədən Teleqraf.com-a daxil olan məlumata görə, qaraciyərinin bir hissəsi qardaşı Kamran Kərimbəyova verən ifaçı xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb: "Onun qanı aşağı olduğuna görə təcili reanimasiyaya yerləşdirilmişdi, hazırda palatadadır. Şükür Allaha, səhhəti yaxşıdır, tədricən düzəlir. Qardaşı Kamran Kərimbəyovun səhhəti daha yaxşıdır, o da palatadadır. Hazırda eyni xəstəxanadadırlar. Amma qardaşının səhhəti haqda altı aydan sonra daha dəqiq məlumat biləcəyik".

Qeyd edək ki, Nərmin Kərimbəyovanın qardaşı “Hepatit B” xəstəliyindən əziyyət çəkir.