Xəbər verdiyimiz kimi dünya ulduzu aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Bakıda xınayaxdı mərasimi olub.
Teleqraf.com xəbər verir ki, Kristofer İnstaqramda Suada Hacızadənin xınayaxdı mərasimindən fotosunu paylaşaraq maraqlı qeyd yazıb.
"Heyrətamiz bir xanım üçün heyrətamiz hadisə...Xına", - deyə vurğulayıb.
Sözügedən fotonu təqdim edirik:
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda ailə qurublar.