Dünya ulduzu aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Bakıda xınayaxdı mərasimi edib.
Teleqraf.com xəbər verir ki, xınyaxdı mərasimində Suada Hacızadənin ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə rəqqasə Rəna Ağamuradova (Renka) da iştirak edib.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən il Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikahı olmuşdu.