Nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət aldığı anın görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, Cəlal Qurbanov at çapan zaman itlərin hücumuna məruz qalıb və atın büdrəməsi nəticəsində şair yerə yıxılıb.

Qeyd edək ki, Cəlal Qurbanov dərhal xəstəxanaya çatdırılıb. O, sabah evə buraxılacaq.