Türk kinosunun iki əfsanəsi Türkan Şoray və Kadir İnanır Əskişəhərdə İmren Erşen Oya Muzeyinin açılışına qatılıblar.

Teleqraf.com xəbər verir ki, Türkan Şoray və Kadir İnanırın baş rolunu oynadığı “Selvi Boylum Al Yazmalım” filminin musiqisinin müşayiəti ilə muzeyin açılışı baş tutub.

Məşhur ikilinin illər sonra bir araya gəlməsi maraqla qarşılanıb.