Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Günün sədası" verilişində aktrisa, həyat yoldaşı Aysel İbrahimova haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Hüseyn Məmmədoğlu bu sözləri deyib:
"Həyatdır, yaşayırıq. Allah hamının qarşısın özünə uyğununu çıxarsın. Bu çox önəmlidir. İnsanın bölüşə biləcəyi mövzular var. Məsələn, Aysel xanımla musiqi sahəsindən bir-birimizə ətraflı danışa bilirik. O, Azərbaycan Milli Konservatoriyasının məzunudur. İlqar Xəyalın tələbəsi olub. Hazırda Opera və Balet Teatrının aktrisasıdır".
Qeyd edək ki, Hüseyn Məmmədoğlu ikinci dəfə Aysel İbrahimova ilə evlənib. Onun Məhəmməd adlı oğlu var.