Bəstəkar-müğənni Murad Arifin bağ evinə ayı balası girib.

Teleqraf.com xəbər verir ki, Murad Arif bu haqda sosial şəbəkədə məlumat verib:

“Həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur) setkasına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkib göndərdi. Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu kiminsə kəsilib, yemək üçün saxladığı heyvan imiş. Qurtulub...".