
Bir müddət öncə dünyasını dəyişən məşhur klarnet ifaçısı Zahid Sabirabadlının evini bank əlindən alır.
Teleqraf.com-un məlumatına görə, mərhumun xanımı “Bizimləsən” verilişinə qonaq olarkən bildirib ki, illərdir evlərinin kreditini verə bilmirlər: “3 ildir kreditimizi ödəyə bilmirik. Bizə 5 ay vaxt veriblər. Müğənni Cavanşir Məmmədova təşəkkür edirəm ki, daim Zahidin yanında olub və ona ağsaqqalıq edib.
Zahidi sevənlərdən xahiş edirəm ki, kimin nəyə gücü çatırsa, kömək etsinlər. Mən o pulu özüm üçün istəmirəm. Uşaqlarım üçün istəyirəm. Mənim üçün çox çətindir, uşaqlarıma görə bura gəlmişəm”.