Hondurasın şimalındakı Yoro departamentində baş verən iki hücumda ən azı 12 nəfər ölüb.

Teleqraf xəbər verir ki, hadisələrdən biri yerli vaxtla təxminən saat 2:00 radələrində (Bakı vaxtı ilə saat 12:00) Yorito şəhərinin El Pacayal icmasında baş verib. Naməlum şəxslər atəş açaraq bələdiyyə şurasının üzvü Yolanda Olveranı, onun əri Elmeri, dörd yaşlı qızlarını və bələdiyyə işçisi Klara Mejianı öldürüblər.

Bundan əlavə, Vallecillo şəhərində gecə saatlarında daha səkkiz nəfər güllələnərək öldürülüb. Bu hücumun təfərrüatları hələlik açıqlanmayıb.

Cinayətlərin motivləri və hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.