BAKI, 18 noyabr. TELEQRAF

Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 43-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Teleqraf xəbər verir ki, tədbirdə deputatlar, diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər şəxslər iştirak edib.

Tədbirdə öncə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxış ediblər.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.