BAKI, 18 noyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (İMQ) və İsrail Baş Təhlükəsizlik Xidməti Qəzza zolağının mərkəzindəki Sarı Xəttin qərbində HƏMAS-ın hərbi hədəflərini məhv etmək üçün "hədəf əməliyyatı"na başlayıb.
Teleqraf xəbər verir ki, əməliyyatın hədəfi İsrail təhlükəsizlik qüvvələrinə təhlükə yaradan" HƏMAS obyektləridir.
“The Times of Israel” qəzeti yazır ki, İsrail tankları və zirehli texnikaları 2025-ci ilin oktyabrında Fələstin anklavında atəşkəs sazişi qüvvəyə mindikdən bəri ilk dəfə Qəzza zolağının mərkəzinə doğru irəliləyib.