BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda xalis stabil maliyyələşmə əmsalının tətbiqinə dair konsepsiya hazırlanır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Maliyyə sabitliyi hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək.-deyə o qeyd edib.