BAKI, 26 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 481 milyon 472 min manat məbləğində sığorta haqqı toplayıb.

İkinci yerdə 247 milyon 942 min manatla “Paşa Sığorta” qərarlaşıb. Şirkəti 73 milyon 158 min manatla “Atəşgah Həyat” izləyib. Renkinqdə “Qala Sığorta” şirkəti 58 milyon 516 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 42 milyon 709 min manatla beşinci olub.

Ümumilikdə, son 8 ayda ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 48 milyon 74 min manat məbləğində sığorta haqqı toplanıb.