BAKI, 27 may. TELEQRAF
2025-ci ilin I rübündə manatla geniş pul kütləsi 3% azalaraq 35.6 milyard manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3.2% artıb. Geniş pul kütləsi 0.5% artaraq martın sonuna 46.7 milyard manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.
Nağd pul kütləsi 1.4% artıb, tələb olunanadək əmanət və depozitlər 11.3% azalıb, müddətli əmanət və depozitlər isə 3.5% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nağd pul kütləsi 4.1% artıb, tələb olunanadək əmanət və depozitlər 7.7% azalıb, müddətli əmanət və depozitlər isə 25.9% artıb.