
BAKI, 20 fevral. TELEQRAF
2024-cü ildə KOB-ların 41 layihəsinə KOBİA tərəfindən 714 min manat qrant ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, qrant alanlar arasında gənclər və innovativ layihələr üstünlük təşkil edir. Layihələr əsasən biznes yönümlü tədqiqatlar, prototip və avadanlıqların hazırlanması, rəqəmsal həlləri əhatə edir.