
BAKI, 14 fevral. TELEQRAF
2025-ci ilin yanvar ayı ərzində 15 layihənin maliyyələşdirilməsinə 6,5 milyon manat güzəştli kredit verilib.
Bu barədə Teleqraf-a Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.
Fonddan qeyd edilib ki, verilmiş kreditlər hesabına 88 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Fond 2024-cü ilin yanvar ayı ərzində 181 layihənin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verib. Fond tərəfindən maliyyələşdirilən layhələrdə 91.71% azalma, güzəştli kreditlərdə isə təxminən 39.25% azalma baş verib.