BAKI, 19 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin sonlarına doğru Şimali Koreya lideri Kim Çen In ilə görüşməyi planlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü açıqlama verib.

O jurnalistlərin Şimali Koreya lideri Kim Çen In ilə məktublaşıb-məktublaşmadığı barədə sualını cavabsız qoysa da münasibətlərinin yaxşı olduğunu deyib.