GÖYGÖL, 19 avqust. TELEQRAF
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
2003-cü il təvəllüdlü Maşallah Bayramov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. 23 yaşlı gəncin kim və hansı şəraitdə bıçaqlanması ilə bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırma başladılıb.