BAKI, 19 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin xalqa, dövlət qurumlarına və rəsmi şəxslərə mühüm xarici siyasət məsələləri ilə bağlı müraciət etmək üzrə ömürlük hüququnu ləğv edib.

Teleqraf xəbər verir ki, bu yöndə Qazaxıstanın 2020–2030-cu illər üçün xarici siyasət konsepsiyasına müvafiq dəyişikliklər edilib.

Nəticədə Nazarbayevin ilk prezident kimi xarici siyasət məsələləri ilə bağlı təşəbbüslər irəli sürmək üzrə ömürlük hüquqa malik olmasını nəzərdə tutan müddəa konsepsiyadan çıxarılıb.