NAXÇIVAN, 19 avqust. TELEQRAF
Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Şəkərabad kəndi yolunda qeydə alınıb.
"Chevrolet" markalı avtomobil dönmə hərəkəti zamanı 2 motosikletlə toqquşub və nəticədə 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.