BAKI, 11 avqust. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.23 dollar və ya 1.31% artaraq 95.16 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.