BAKI, 4 avqust. TELEQRAF

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın Leninqrad vilayətində yerləşən “Wildberries” marketpleysinin anbarını dronlarla vurub.

Teleqraf xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

Qeyd edək ki, Ukrayna avqustun 4-də səhər saatlarında Moskva vilayətinin Çexov şəhərində, həmçinin Leninqrad və Tver vilayətlərində yerləşən “Wildberries” marketpleysinin anbarlarına zərbələr endirib.