BAKI, 4 avqust. TELEQRAF

“Ukrayna-Ermənistan münasibətlərini daha da gücləndirmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial mediada yazıb.

“Ararat Mirzoyanı yenidən Ermənistan xarici işlər naziri təyin olunması münasibətilə təbrik edirəm. Nazir Mirzoyana yaxşı işini davam etdirməkdə və Ermənistan xalqına xidmət etməkdə uğurlar arzulayıram.

Ukrayna-Ermənistan münasibətlərini daha da gücləndirmək, ikitərəfli dialoqumuzu dərinləşdirmək və daha geniş bölgəmizdə sülh, təhlükəsizlik və sabitliyi təşviq etmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Sibiqa bildirib.