BAKI, 23 iyul. TELEQRAF

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində sazişi yalnız krallığın İsraillə əlaqələrin normallaşdırılmasına dair İbrahim Sazişlərinə qoşulacağı təqdirdə təsdiqləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində yazıb.

O qeyd edib ki, razılaşmanın təsdiqi tamamilə Ər-Riyadın İbrahim Sazişlərinə qoşulmasından asılıdır.