BAKI, 15 iyul. TELEQRAF

“Invest in Azerbaijan” platforması məlumatlara çıxışı, müraciət prosesini və investisiya dəstəyi alətlərini rəqəmsallaşdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışında deyib.

O bidlirib ki, platforma vasitəsilə investorlara göstərilən xidmətləri təkmilləşdirilir:

“İxracın təşviqi üzrə mandatımız fəaliyyətimizə Biz “Made in Azerbaijan” brendini ixrac və alıcı missiyaları, beynəlxalq sərgilər, bazar araşdırmaları və biznes forumları vasitəsilə dəstəkləyirik”.

Y.Abdullayev əlavə edib ki, Azərbaycan-Slovakiya Forumu hər iki tərəfdən 100-ə yaxın şirkət və qurumu bir araya gətirir:

“Slovakiya nümayəndə heyətində qida istehsalı, içki sənayesi, maşınqayırma, avtomobil və dəmir yolu texnologiyaları, aerokosmik sənaye, müdafiə və təhlükəsizlik, su təsərrüfatı, energetika və turizm sahələrini təmsil edən nümayəndələr yer alır.

Azərbaycan tərəfi isə kənd təsərrüfatı, qida istehsalı, fındıq emalı, şərabçılıq, tikinti materialları istehsalı, turizm, logistika, daşınmaz əmlak və maliyyə sahələrində fəaliyyət göstərən şirkət və qurumlarla təmsil olunur”.