BAKI, 30 iyun. TELEQRAF
İlin sonuna qədər Xankəndi şəhərinin müxtəlif yerlərində və Kərkicahan qəsəbəsində işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlər söküləcək.
Teleqraf xəbər verir ki, "Körpü-Bina-Tikinti" ilə imzalanan müqaviləyə əsasən söküntü işlərinə 1 milyon 171 min 605 manat xərclənəcək.
Qeyd edək ki, layihənin sifarişçisi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir.