BAKI, 30 iyun. TELEQRAF

İyulun 1-də Avropa İttifaqı ABŞ-la ticarət sazişini reallaşdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

"Avropa İttifaqı ABŞ ilə ticarət sazişinin təsdiqlənməsi prosesini başa çatdırıb. O, iyulun 1-dən qüvvəyə minəcək", - deyə Aİ Şurasının bəyanatında deyilir. Söhbət ABŞ istehsalı olan məhsullara sıfır tariflər müqabilində bütün Avropa mallarına ABŞ-da 15% rüsum tətbiqindən gedir. Müqaviləyə həmçinin Avropa İttifaqının 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alması öhdəliyi də daxildir.