BAKI, 29 iyun. TELEQRAF
Ani Ödənişlər Sisteminin təşviqi istiqamətində mühüm addımlardan biri də Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilən ödənişlərin Ani Ödənişlər Sistemi üzərindən hesablaşmasının təmin edilməsidir. Mərkəzi Bank bu istiqamətdə aktiv işlər aparır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu kanalla həyata keçirilən əməliyyatların həcmində 20 dəfədən çox artım qeydə alınıb:
“Bu isə dövlət ödənişlərinin əvvəlki kimi müəyyən müddət sonra deyil, dərhal hesablaşmasına imkan yaradır və dövlət ödənişlərinin icrasında mühüm üstünlük təmin edir”.