BAKI, 29 iyun. TELEQRAF

Artıq banklar və fintex şirkətlərinin mobil tətbiqlərində AzQR ödənişlərin tətbiqi imkanı yaradılıb. Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyon manata yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu illik müqayisədə 30 dəfədən çox artım deməkdir.

Ə.Abbasov əlavə edib ki, ölkədə fəaliyyət göstərən geniş POS-terminal şəbəkəsində də AzQR ödənişləri dəstəklənir:

“AzQR ödənişləri biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır”.