BAKI, 29 iyun. TELEQRAF

Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi artıq 1 milyard manatı keçir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bidlirib ki, bu, bir il əvvəlki dövriyyə ilə müqayisədə 3 dəfədən çox artım deməkdir:

“Ani ödənişlər sisteminin inkişafı istiqamətində Mərkəzi Bank tərəfindən QR ödənişlərinin inkişaf etdirilməsi, fintexlərin qoşulması — fintexlərin birbaşa, dolayısı qoşulması, istiqamətində aktiv işlər planlaşdırılır. Eyni zamanda AÖS-ün elektron kommersiya ödənişlərində də istifadəsinin genişləndirilməsi planlaşdırılır. Digər vacib məqamlardan birisi isə ani ödənişlər sistemi üzrə ölkəxarici inteqrasiyaların aparılması üzrədir”.