BAKI, 29 iyun. TELEQRAF
Fintexlər bankların rəqibi deyil. Fintexlər bankların innovasiya tərəfdaşlarıdır. Güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşa bilməz.
Teleqraf xəbər verir ki, bj barədə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda əsas prioritet yalnız rəqəmsallaşmaq deyil:
“Bizim məqsədimiz banklar, fintech təşkilatları və tənzimləyici qurumlar və bütün ekosistem iştirakçıları arasında güclü əməkdaşlıq mühiti formalaşdırmaq, innovasiyaları təhlükəsiz və etibarlılıq prinsipləri ilə uzlaşdırmaq və vətəndaşlar üçün daha əlçatan, daha sürətli və daha dayanıqlı maliyyə xidmətləri təqdim eləməkdən ibarətdir”.
E.Abdullayev əlavə edib ki, innovativ fintexlər olmadan bank sektorunun rəqabət qabiliyyətini uzunmüddətli qorumaq məsələsi çətinləşir:
“Azərbaycanımızın uğuru məhz bu tərəfdaşlığın güclənməsindən keçir.
Azərbaycan Fintex Assosiasiyası olaraq da biz hesab eləyirik ki, bu prosesdəki sağlam rəqabət və güclü tərəfdaşlıq maliyyə sektorunun dayanıqlı inkişafının əsas şərtlərindəndir.
Əminliklə deyə bilərik ki, Azərbaycanın rəqəmsal maliyyə ekosistemini artıq formalaşdıran iştirakçılarından birinə çevrilib”.