BAKI, 4 iyun. TELEQRAF
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Teleqraf xəbər verir ki, 4 iyun tarixində Güzdək stansiyasından Böyük Kəsik istiqamətində 42 vaqondan ibarət, çəkisi 2475 ton olan dizel yanacağı göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
13:11
Bu gün Azərbaycandan Ermənistana növbəti neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
Teleqraf xəbər verir ki, 42 vaqon dizel göndəriləcək.