BAKI, 4 iyun. TELEQRAF

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, 3 vaqon buğda, 2 vaqon arpa, 1 vaqon gübrə yüklü qatarlar Biləcəri stansiyasından yola salınacaq.