BAKI, 2 iyun. TELEQRAF
Azəri-Çıraq-Günəşli yatağıdan ilk neft hasilatının alınmasından bəri 4.6 milyard bareldən çox neft hasil edilib.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell jurnalistlərə açıqlamasında deyib.
Hazırda hesablamara görə, AÇG-nin “Günəşli” sahəsindən 4 trilyon kubfutdan-6 trilyon kubfuta qədər qaz hasilatı mümkündür. Bu sahədə əlavə imkanlarla hasilatın 6 trilyon kubfuta artırılması nəzərə alınıb.
Müqaviləyə əsasən, Bakı-Supsa boru kəmərinin operatorluğunun Gürcüstan və Azərbaycanda öz sahiblərinə təhvil verilməsi iyunun 8-də baş tutacaq.
Operatorların hansı şirkətlər olacağı hər iki ölkənin hökuməti qərar verəcək.